Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Deniz Kuvvetleri Dergisi” jurnalının 657-ci sayında bildirilib.
Jurnal çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Layihə və Tədqiqat Fəaliyyətləri” paylaşılıb.
Jurnala görə, bu kontekstdə “Layihə və Tədqiqat Fəaliyyətləri çərçivəsində” 2025-ci ildə İDP Qrup Komandanlığının yaradılması təklif edilib.
Sözügedən komandanlığın Didim/Aydında qurulması üçün infrastruktur/üst quruluş ehtiyacları işləri davam edir.
Didim/Aydın ilə yanaşı, İDP-lərin müxtəlif bölgələrdə yerləşdirilməsi üçün işlər aparılacaq.
Sevinc Əliyeva
Ordu.az