Ordu.az xəbər verir ki, bunu Türkiyənin Aİ yanında daimi nümayəndəsi, səfir Faruk Kaymakcı deyib.
Onun sözlərinə görə, beynəlxalq konyuktura iki tərəf arasında regional xarici siyasət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın artırılmasına ehtiyac olduğunu açıq şəkildə nümayiş etdirir.
Kaymakcı qeyd edib ki, Türkiyənin xarici işlər naziri 5 illik fasilədən sonra Aİ-nin Xarici Əlaqələr Qeyri-rəsmi Şurasına (Gymnich Meeting) dəvət olunub.
Türkiyənin Aİ yanında daimi nümayəndəsi bu görüşün Türkiyə-Aİ əlaqələri üçün son dərəcə faydalı olduğunu vurğulayıb.
“Nazirimiz Türkiyənin Aİ-yə üzvlük prosesində qətiyyətini və bunun xarici, təhlükəsizlik, müdafiə siyasətlərində necə fərq yarada biləcəyini ortaya qoydu. O, Kipr məsələsində də bizim konstruktiv mövqeyimizi açıq şəkildə ifadə etdi”, - deyə Kaymakcı qeyd edib.
Kaymakcı Türkiyə-Aİ əlaqələrinin inkişafı üçün kritik əhəmiyyət kəsb edən Yüksək Səviyyəli Siyasi Dialoq toplantısı və Assosiasiya Şurası toplantılarının hələ də əngəlləndiyini tənqid edib.
Sevinc Əliyeva
Ordu.az