ABŞ ordusu 3D printerlərdə PUA istehsalına başladı

2025/01/1737609990.jpg
Oxunub: 338     09:25     23 Yanvar 2025    
ABŞ ordusunun 3D printerlərdə kiçik pilotsuz uçuş aparatlarının istehsalına başladığı bildirilib.

Ordu.az-ın Army Recognition nəşrinə istinadən verdiyi məlumata görə, 101-ci Hava Desant Diviziyası, Fort Kempbelldəki EagleWerx Tətbiqi Taktik İnnovasiya Mərkəzinin rəhbərliyi altında 3D çapdan istifadə edərək kiçik İHA sistemlərinin istehsalına başlayıb. Bu təşəbbüs, PUA istehsalında inqilab etmək məqsədini daşıyır.

101-ci Diviziyanın sözçüsü polkovnik Travis Makintoş qeyd edib ki, bu təşəbbüs yalnız komponentlərin istehsalını deyil, həm də kiçik dronların döyüş taktikasını dəyişdirəcək. Nəşr vurğulayıb ki, 3D çap texnologiyası PUA-ların istehsalı və yerləşdirilməsi prosesini xeyli asanlaşdıracaq və daha qənaətcil edəcək.

İstehsal edilən çap dronları “Lethal Eagle” təlimləri zamanı sınaqdan keçiriləcək və daha sonra diviziyanın arsenalının daimi hissəsinə çevriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin