Cənubi Koreya prezidenti üsyan və səlahiyyətlərdən sui-istifadə ittihamları ilə prokurorluğa təqdim edilib

2025/01/1737609925.jpg
Oxunub: 499     09:07     23 Yanvar 2025    
Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi həbsdə olan prezident Yun Sok Yola qarşı üsyan və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı işi prokurorluğa təhvil verib.

Ordu.az-ın Yonhap agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 15-də prezident ikinci dəfə həbs olunub və sorğu-sual zamanı ifadə verməkdən imtina edib. Yanvarın 19-da məhkəmə Yun Sok Yol barəsində həbs-qətimkan tədbiri seçdikdən sonra idarə onu yenidən dindirməyə çalışıb.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi prokurorluqdan prezidentə qarşı üsyan və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarının irəli sürülməsini xahiş edib. İdarə ittiham irəli sürmək səlahiyyətinə malik olmasa da, şübhələrin əsaslı olub-olmadığını araşdırmaq hüququna malikdir.

Prezident Yun Sok Yolun vəkilləri hüquq-mühafizə orqanının fitnə ittihamlarını araşdırmaq hüququnu tənqid edib.

Yanvarın 19-da prezidentin həbsi baş versə də, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təxminən 10 gün daha istintaq aparması gözlənilirdi. Prokurorluğa işi təhvil vermək qərarı isə gözlənilən olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Prezident  


Bizi "telegram"da izləyin