Atəşkəsdən sonra Qəzzada dağıntılar altından 212 cəsəd çıxarılıb

2025/01/1737523062.jpg
Oxunub: 354     07:36     23 Yanvar 2025    
Axtarış-xilasetmə qrupları Qəzza zolağında atəşkəsdən sonra dağılmış evlərin dağıntıları altından 212 cəsədi çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat verib.

Artıq ölənlərin yaxınları cəsədlərini dəfn etmək üçün Qəzzaya qayıtmağa başlayıblar.

Qeyd edək ki, Səhiyyə Nazirliyi bundan əvvəl münaqişənin başladığı gündən bu yanan 47 mindən çox insanın öldüyünü açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atəşkəs   Qəzza   Cəsəd  


Bizi "telegram"da izləyin