Endryu Pazder ABŞ-ın Aİ-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd olub

2025/01/1737609354.jpg
Oxunub: 634     05:49     23 Yanvar 2025    
ABŞ prezidenti Donald Tramp 74 yaşlı “CKE Restaurants”ın sabiq baş direktoru Endryu Pazderin Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürüb.

Ordu.az xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Mən Endryu F. Pazderin ABŞ-nin Avropa İttifaqında növbəti səfiri olacağını elan etməkdən məmnunam. Endryu uğurlu hüquqşünas, iş adamı, iqtisadi şərhçi və müəllifdir", - deyə Tramp yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ    


Bizi "telegram"da izləyin