Tennessidə orta məktəbdə silahlı insident olub, ölənlər var

2025/01/1737609032.jpg
Oxunub: 347     03:15     23 Yanvar 2025    
ABŞ-nin Tennessi ştatının Antiox şəhərinin orta məktəbində baş vermiş silahlı insident nəticəsində azı üç nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə Neşvill Polis Departamenti (MNPD) məlumat yayıb.

Məlumata görə, olay orta məktəbin bufetində baş verib.

Qeyd olunub ki, məktəbin iki şagirdi üçüncü şəxs tərəfindən güllələnib, daha sonra atəş açan şəxs özünü güllələyib. Şübhəlinin motivləri barədə məlumat verilmir.

Hadisə yerində təcili yardım xidmətinin əməkdaşları işləyir, araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tennessi  


Bizi "telegram"da izləyin