Miqrantların deportasiyasına kömək etməkdən imtina edən ABŞ rəsmiləri mühakimə olunacaq

2025/01/1737523283.jpg
Oxunub: 475     23:14     22 Yanvar 2025    
ABŞ prezidenti Donald Trampın administrasiyası ölkənin baş prokurorluğu kimi fəaliyyət göstərən ABŞ Ədliyyə Nazirliyinə, qeyri-qanuni mühacirlərin kütləvi surətdə deportasiyasına köməklik göstərmədikləri təqdirdə yerli məmurları mühakimə etməyi tapşırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post“ məlumat yayıb.

Məlumata görə Tramp administrasiyası bütün ölkə üzrə federal prokurorlara əyalət və yerli məmurları araşdırmaq və potensial olaraq mühakimə etmək göstərişi verib.

Göstərişdə bildirilir ki, prezidentin ABŞ tarixindəki ən böyük kampaniyanı həyata keçirmək planları ilə əməkdaşlıq etməyən məmurlar cəzalandırılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Miqrant   ABŞ  


Bizi "telegram"da izləyin