Minlərlə ABŞ əsgəri Meksika sərhədinə yerləşdiriləcək

2025/01/1737569685.jpg
Oxunub: 473     00:07     23 Yanvar 2025    
ABŞ prezidenti Donald Trampın bölgədə gücləndirilmiş hərbi rejimlə bağlı əmr etdiyi üçün yaxın iki gün ərzində Meksika ilə cənub sərhədinə minlərlə əlavə ABŞ əsgəri yerləşdiriləcək.

Ordu.az xəbər veirr ki, bu barədə mənbələrə istinadən CNN televiziyası məlumat yayıb.

Hazırda Meksika ilə sərhəddə, Texas ştatının El Paso şəhərində təxminən 2200 hərbçi var. Onların vəzifələrinə logistik dəstək, monitorinq, nəqliyyata texniki xidmət və statistik məlumatlarla işləmə daxildir.

Əlavə qüvvələr patrul hazırlığının dəstəklənməsi, təhdidlərin və miqrant axınının təhlili və hərəkətlərin əlaqələndirilməsinə köməklik də daxil olmaqla oxşar vəzifələri yerinə yetirəcək.

Mənbələr əlavə qüvvələrin də hava əməliyyatlarında iştirak edəcəyini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Meksika  


Bizi "telegram"da izləyin