Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb

2025/01/1737565141.jpg
Oxunub: 492     20:54     22 Yanvar 2025    
Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.

“DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, - kurortun yerləşdiyi Bolu vilayətinin prokurorluğundan bildirilib.

Bundan əvvəl 76 nəfərin öldüyü deyilirdi. Türkiyə Səhiyyə Nazirliyi yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-nun xəstəxanalardan evə buraxıldığını, 12 nəfərin müalicəsinin davam etdiyini açıqlayb.

Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yanğın  


Bizi "telegram"da izləyin