Ordu.az “24.kg”yə istinadən xəbər verir ki, deputat bu yolla tüstü və tıxac probleminin həll ediləcəyi qənaətindədir.
"İssık-Kul vilayətində Asman şəhəri tikilir. Bu layihəyə 10 milyard dollar investisiya cəlb olunur. Bişkekdən dəmir yolunun köçürülməsi üçün 550 milyon dollar tələb edilir. Dolama yolun tikintisi ilə birlikdə isə 1 milyard dollardan çox vəsait lazımdır", - deputat bildirib.
Maripov hesab edir ki, hökumətin Bişkekdən köçürülməsi nəqliyyatın hərəkəti ilə bağlı problemin həllinə imkan verəcək.
Ordu.az