Makron: "Paris və Berlin Trampın hakimiyyətə gəlişi səbəbindən Aİ-nin suverenliyini gücləndirməlidir"

2024/10/1729498259.jpg
Oxunub: 446     18:00     22 Yanvar 2025    
Fransa və Almaniya ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlaması fonunda Avropanın suverenliyinin gücləndirilməsi üçün hər şeyi etməlidir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə Almaniya kansleri Olaf Şolts ilə danışıqların başlanmasından əvvəl bildirib.

"Avropalılar Trampın gəlişi fonunda öz rollarını oynamalıdırlar. Avropa güclü və suveren olmalıdır. Hərəkət etmək lazımdır. Daha çox cəsarət və müstəqillik daxil olduğumuz dövrə yeganə cavabdır", - Makron əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Paris   Berlin  


Bizi "telegram"da izləyin