Slovakiyanın baş naziri hökumətin devrilməsi təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb

2025/01/1737553171.jpg
Oxunub: 507     17:31     22 Yanvar 2025    
Slovakiyanın Baş naziri Robert Fitso hökumətin devrilməsi təhlükəsi ilə əlaqədar yanvarın 23-də ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunu mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkədə mövcud hökuməti devirmək məqsədilə xarici ekspertlərdən ibarət qrup fəaliyyət göstərir.

"Hazırlanan model çox sadədir və bir çox ölkələrdə sınaqdan keçirilib. Təsdiq edə bilərəm ki, Slovakiyada Gürcüstandakı hadisələrdə və Ukrayna Maydan hadisələrində fəal iştirak edən ekspert qrupu var, bu qrup müxtəlif mənbələrdən maliyyələşdirilir", - o bildirib.

R.Fitso qeyd edib ki, hökumət əleyhinə adi etiraz aksiyaları zamanı dövlət orqanlarının işinə mane olmaq üçün hökumət binalarına soxulmaq və ya onları ələ keçirmək cəhdləri ola bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Fitso  


Bizi "telegram"da izləyin