Ordu.az xəbər verir ki, “General Atomics” hazırladığı elektromaqnit katapult sistemindən əldə edilən yeni konsepsiyalarını açıqlayıb.
“Naval News”a verdiyi açıqlamada “General Atomics” bu sistemləri Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə (HDQ) aid “Daring” sinfinə (Type 45) məxsus esmineslərdən və ABŞ HDQ-nin “Expeditionary” Dəniz Bazası da daxil olmaqla, müxtəlif dəniz platformalarından PUA-ların buraxıla bilməsi üçün hazırladığını bildirib.
2025-ci il yanvarın 14-16-da keçirilən “Surface Navy Association” Simpoziumunda şirkət elan etdiyi yeni elektromaqnit katapult sistemlərinin daha əvvəl hazırladığı “Ford” sinfinə məxsus aviadaşıyıcı gəmilərdə yer alan və Fransa HDQ-nin yeni nəsil aviadaşıyıcı gəmisində görünən EMALS sistemindən tamamilə fərqli olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az