Türkiyə HDQ “Aksaz” bazası üçün böyük bir infrastruktur layihəsinə hazırlaşır

2025/01/1737535236.jpg
Oxunub: 475     13:39     23 Yanvar 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığı artan əməliyyat tempinə uyğunlaşmaq və əməliyyat imkanlarını artırmaq üçün infrastruktur investisiyalarını sürətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyə HDQ Komandanlığının Logistika İdarəsinin rəisi kontr-admiral Tayfun Öznel “Aksaz” bazasında həyata keçirilməsi planlaşdırılan genişmiqyaslı layihəni açıqlayıb.

Öznel Türkiyə HDQ-nin strateji ehtiyaclarını qarşılamaq üçün hazırlanan layihənin təfərrüatlarını belə izah edib:

“HDQ-mizin artan əməliyyat tempi üçün lazımi infrastruktur və üst struktur dəstəyini təmin etmək məqsədilə biz tabelikdə olan əsas komandanlıqlarımız və Milli Müdafiə Nazirliyi ilə koordinasiyalı şəkildə illik ehtiyaclarımızı planlaşdırır və həyata keçiririk”.

“Aksaz” Dəniz Bazasında TCG “Anadolu”, HBT ilə təchiz olunmuş D/A (Havadan Müstəqil Hərəkət Sistemli Sualtı Qayıqlar) və digər dəniz elementlərinin ehtiyaclarını qarşılayacaq dok və sahil obyektlərinin inşası planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Aksaz  


Bizi "telegram"da izləyin