Ordu.az xəbər verir ki, bu barədə Romadakı Çigi Sarayından verilən yazılı açıqlamada məlumat verilib.
Açıqlamada Meloninin fevralın 3-də keçiriləcək Avropanın müdafiəsi ilə bağlı qeyri-rəsmi Aİ Sammiti öncəsi Koşta ilə telefonla danışdığı qeyd edilib.
“Baş nazir Meloni NATO-nun Avropa sütununun konkret olaraq gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Aİ-nin müdafiə sahəsində təşəbbüs və proqramlarını tam bir tamamlayıcılıq çərçivəsində irəliləməsiylə Avropa müdafiə sənayesinin rəqabət qabiliyyətinin artırılmasının vacibliyinə diqqət çəkib”, - deyə açıqlamada bildirilib.
Əlavə edilib ki, telefon danışığında zəruri iri investisiyaların dəstəklənməsi üçün yeni və daha effektiv birgə alətlər üzərində işləməyin vacibliyi və aktuallığı vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az