Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri məlumat yayıb.
Hindistan İtaliya, Fransa, Almaniya və İspaniyanın təşəbbüsü ilə Avropada yerləşən OCCAR podrat təşkilatı tərəfindən həyata keçirilən və Avropaya Pilotsuz Uçuş Aparatı (PUA) sektorunda daha böyük muxtariyyət verəcək MALE sinfinə məxsus PUA yaradılması layihəsinə müşahidəçi qismində qoşulub.
“Airbus”, Fransanın “Dassault Aviation” şirkəti və İtaliyanın “Leonardo” şirkəti tərəfindən inkişaf etdirilən 26 metr qanadlı “Eurodrone” uzunmüddətli Kəşfiyyat, Müşahidə, Hədəf Müəyyənləşdirmə və Aşkarlama (ISTAR) missiyalarında ixtisaslaşacaq.
Oktyabr ayında İtaliyadakı “Leonardo” obyektlərinə səfəri zamanı “Eurodrone” proqramının rəsmiləri platformada quraşdırılacaq missiya kompüterini və “Gabbiano” radioelektron daramalı radarını yoxlayıblar.
Sevinc Əliyeva
Ordu.az