Ordu.az xəbər verir ki, bu kontekstdə Yunanıstan böyük döyüş gəmilərinə uzun mənzilli raket sistemləri yerləşdirərək, müdafiə yanaşmasını “lazım gəldikdə hücuma hazır” bir quruluşa çevirməyi hədəfləyir.
Yunanıstan mətbuatında çıxan xəbərlərə görə, Türkiyənin “Mavi Vətən” doktrinasına cavab olaraq Yunanıstan Egey və Şərqi Aralıq dənizində müdafiə sahəsini genişləndirmək üçün aqressiv strategiya qəbul edir.
“Kathimerini” qəzetinin yazdığına görə, Fransadan sifariş edilən 3 ədəd “Belharra” tipli freqat və gələcəkdə inventara əlavə ediləcək 2-4 ədəd sualtı qayıq 1000-1400 kilometr mənzilli raket sistemləri ilə təchiz ediləcək.
Qəzetin təhlilində aşağıdakı ifadələr diqqət çəkib:
“Türkiyənin strategiyası Egeyin qərbində yunan qüvvələrini məhdudlaşdırmaq məqsədi daşıyır. Yunanıstan isə Şərqi Aralıq dənizini əhatə edən genişlənmə planı ilə Türkiyənin sahil bölgələrində daha çox müdafiə olunmasını təmin etməyi hədəfləyir”.
Sevinc Əliyeva
Ordu.az