Türkiyənin ən böyük müdafiə sənayesi şirkəti olan ASELSAN İnsansız Dəniz Platformaları (İDP) sahəsində Türkiyənin müdafiəsinə töhfə verir.
2010-cu illərin əvvəllərində avtonom suüstü platformalar üzərində işlərə başlayan ASELSAN effektiv həllər yaradır.
“Marlin”
“Marlin”ə ASELSAN tərəfindən hazırlanmış kəşfiyyat-müşahidə sistemləri, təkmilləşdirilmiş missiya idarəetmə sistemləri, yüngül silah sistemləri və qabaqcıl alqoritmlər daxil olmaqla, naviqasiya avtonomluq sistemləri daxildir.
ASELSAN “Marlin” layihəsində uzaqdan idarə olunan yüngül silah sistemləri, kəşfiyyat və müşahidə sistemləri, eləcə də Radioelektron Mübarizə (REM) sistemləri kimi bir çox fərqli sistemi İDP-yə inteqrasiya edib. Bundan əlavə, avtonomluq imkanlarını yerinə yetirən alt sistemlər də ASELSAN tərəfindən hazırlanıb.
“Marlin” silahlı İDP-si 2022-ci ilin sentyabrında Portuqaliyada keçirilən REP(MUS)22 və DYMS22 NATO təlimlərində iştirak edib, üzərindəki radioelektron dəstək/radioelektron hücum sistemi ilə dünyada REM sisteminə malik ilk İDP kimi missiya yerinə yetirib və Türkiyəni NATO-da uğurla təmsil edib. “Marlin” NATO təlimində yerinə yetirilən missiyalarda qabaqcıl aşkarlama imkanları, fasiləsiz rabitə sistemi və sərt dəniz şəraitində fəaliyyət göstərmə qabiliyyəti ilə seçilib.
“Marlin” 2024-cü il yanvarın 19-da Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.
ASELSAN “Albatros”
“Albatros” Asimmetrik İnsansız Sürətli Suüstü Hədəf Qayığı Ailəsi yerli olaraq ASELSAN tərəfindən Türkiyə HDQ-nin atış təlimləri və məşqləri zamanı yüksək sürətli asimmetrik təhlükələri təqlid edə bilən elementlərə atəş açmasını təmin etmək üçün hazırlanıb.
Üzərində radar reflektoru olan və V şəklində istehsal edilən Albatros-T (5 m) ilə üzərində 5 m x 5 m ölçülərində lövhə olan “Albatros-K” (11 m) qayıqlarından avtonom, yarımavtonom və ya uzaqdan idarəetmə ilə istifadə edilə bilər.
Sevinc Əliyeva
Ordu.az