Ordu.az xəbər verir ki, birgə müəssisə Romada “Leonardo Rheinmetall Military Vehicles” (LRMV) adı altında fəaliyyət göstərəcək.
Bu təşəbbüs müdafiə sənayesi sahəsində mühüm əməkdaşlığı əks etdirir.
“Leonardo” müdafiə elektronikası sahəsində öz təcrübəsini, “Rheinmetall” isə “Panther” və “Lynx” platformalarını təmin edəcək.
Heç bir şirkətin İtaliya Müdafiə Nazirliyinin tələblərini təkbaşına qarşılaya bilməməsi layihənin təsdiq edilməsində təsirli olub.
Sevinc Əliyeva
Ordu.az