Cənubi Koreyada Prezidentə dəstək mitinqində iştirak edən daha 56 nəfər saxlanılıb

2025/01/1737529118.jpg
Oxunub: 10361     10:44     22 Yanvar 2025    
Cənubi Koreyada saxlanılan Prezident Yun Sok Yola dəstək üçün keçirilən mitinq zamanı zorakılıqda iştirakda şübhəli bilinən daha 56 nəfər saxlanılıb.

Ordu.az "Yonhap"a istinadən xəbər verir ki, etiraz aksiyaları Qərb Dairə Məhkəməsinin binası yaxınlığında keçirilib.

Ötən gün polis iğtişaşlarda şübhəli bilinən 58 nəfərin həbsi üçün order istəyib və məhkəmə onlardan 56-nı təsdiqləyib.

Onlar məhkəmə binasına soxulmaqda və vandalizmdə ittiham olunurlar.

Qeyd edək ki, polis artıq Seulun Qərb Dairə Məhkəməsi və Konstitusiya Məhkəməsindəki iğtişaşlarla əlaqədar 90 nəfəri saxlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Prezident  


Bizi "telegram"da izləyin