Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb

2025/01/1737526102.jpg
Oxunub: 728     09:57     22 Yanvar 2025    
Livanın paytaxtı Beyrutda“Hizbullah” nümayəndəsi şeyx Məhəmməd Hammadi Qərbi Bekaa bölgəsində yaşadığı evin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb.

Ordu.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Hammadi iki avtomobildən naməlum silahlı dəstənin açdığı atəşlər nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Məlumata görə, sui-qəsdi törədənlər naməlum istiqamətə gedərək gizlənməyə müvəffəq olublar.

“Hizbullah” nümayəndəliyi olayı şərh etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Livan  


Bizi "telegram"da izləyin