Kolumbiyada baş verən toqquşmalar səbəbindən 30 mindən çox insan evini tərk edib

2025/01/1737523783.jpg
Oxunub: 653     09:00     22 Yanvar 2025    
Kolumbiyanın şimalında silahlı qruplar arasında toqquşmalar nəticəsində 30 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Ombudsmen ofisi məlumat yayıb.

“Bu günə qədər ən azı 32 min insanın didərgin düşdüyü bildirilir. Onların əksəriyyəti Kukuta (15 086), Okanya (11 503) və Tibuya (5 300) gəlib”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Toqquşma  


Bizi "telegram"da izləyin