Dörd ölkə Hind-Sakit okeanı regionundakı təhlükəsizliyi müzakirə edib

2025/01/1737523612.jpg
Oxunub: 1850     07:18     22 Yanvar 2025    
ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın xarici siyasət idarələrinin rəhbərləri Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) formatında ilk görüşdən sonra ABŞ prezidenti Donald Trampın yeni administrasiyası dövründə regionda sabitliyi qorumağa hazır olduqlarını bəyan ediblər.

Ordu.az xəbər verir ki, bu barədə nazirlərin birgə bəyanatda qeyd edilib.

Vurğulanıb ki, dövlətlər regional dəniz, iqtisadi və texnoloji təhlükəsizliyi gücləndirməyə, eləcə də etibarlı təchizat zəncirlərini təşviq etməyə sadiqdirlər.

Bildirilib ki, QUAD formatında iş Hindistanda keçiriləcək dörd ölkənin sammitinə hazırlıq məqsədilə növbəti aylarda müntəzəm olaraq davam etdiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: QUAD   Hindistan  


Bizi "telegram"da izləyin