Slovakiya müxalifəti hökumətə qarşı etimadsızlıq səsverməsini geri götürüb

2025/01/1737522290.jpg
Oxunub: 389     23:23     21 Yanvar 2025    
Yanvarın 21-də Slovakiyada müxalifət Baş nazir Robert Fitsonun hökumətinə qarşı etimadsızlıq səsverməsini geri götürüb.

Ordu.az xəbər verir ki, bu barədə “TA3” telekanalı məlumat yayıb.

Müxalifət partiyalarının bütün deputatları Milli Şuranın (birpalatalı parlament) iclas zalını tərk ediblər. Onlar bunu kabinetdə etimad məsələsinin qapalı müzakirəsinə etiraz olaraq ediblər.

Eyni zamanda, müxalifət liderləri hökumətə qarşı olan deputatların iştirak etmədiyi şəraitdə kabinetə qarşı etimadsızlıq səsverməsinin keçirilməsini istəməyiblər və nəticədə təkliflərini geri götürüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   TA3  


Bizi "telegram"da izləyin