Ordu.az xəbər verir ki, o, bunu Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
“Prezident Trampın qərarını dəstəkləyirəm... ÜST qlobal səhnədə COVID pandemiyasına qarşı mübarizədə uğursuzluğa düçar oldu", - o bildirib.
O, eyni zamanda, ABŞ-nin səhiyyə sahəsində dünya lideri kimi statusunu qoruyub saxlayacağına əminliyini ifadə edib.
Xatırladaq ki, 2025-ci il yanvarın 20-də Tramp ABŞ Prezidenti kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra ölkənin ÜST-dən çıxması haqqında fərman imzalayıb.
Ordu.az