Ordu.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Düşüncələrimiz həlak olanların yaxınlarının yanındadır. İnsanların həyatını xilas etmək üçün əllərindən gələni edən cəsur xilasedicilərə minnətdaram. Yaralılara tezliklə şəfa diləyirəm", - R.Metsola vurğulayıb.
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Ordu.az