Ordu.az xəbər verir ki, MKE yerli və milli müdafiə sənayesinə təqdim etdiyi yeni məhsulları ilə Türkiyənin təhlükəsizlik gücünü artırmağa davam edir.
Bu kontekstdə inkişaf etdirilən MKE408 Snayper Tüfəngi üstün xüsusiyyətləri ilə diqqət çəkir.
MKE408 xüsusilə uzun mənzilli əməliyyatlarda təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.
2200 metrdən çox təsirli mənzili və 9,5 kiloqram çəkisi ilə təhlükəsizlik qüvvələrinin əməliyyat qabiliyyətini artıran MKE408 10,36×77 mm-lik döyüş sursatını buraxa bilir.

Sevinc Əliyeva
Ordu.az