ABŞ qabaqcıl çiplərin ixracına məhdudiyyətləri gücləndirib

2025/01/1737447273.jpg
Oxunub: 388     15:23     24 Yanvar 2025    
ABŞ Ticarət Departamenti qabaqcıl yarımkeçirici texnologiyalarının ixracına qoyulan məhdudiyyətləri sərtləşdirmək və Çinin belə texnologiyalara çıxışının qarşısını almaq üçün yeni tədbirlər görüb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) tərəfindən verilən açıqlamada bildirilib.

Açıqlamada qabaqcıl çiplərə ixrac nəzarətinin yeniləndiyi, Çin və Sinqapurdakı bəzi təşkilatların ABŞ mənşəli qabaqcıl texnologiyalara daxil olmaq üçün lisenziya tələblərinə tabe olan şirkətlər arasına əlavə edildiyi qeyd edilib.

Bu qaydaların 2022-ci il 7 oktyabr, 2023-cü il 17 oktyabr və 2024-cü il 2 dekabr tarixlərində tətbiq edilən nəzarətləri gücləndirdiyi, Çinin hərbi üstünlük üçün kritik əhəmiyyət kəsb edən bəzi yüksək səviyyəli çipləri əldə etmə imkanının məhdudlaşdırıldığı vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BIS  


Bizi "telegram"da izləyin