KEYVAN Xüsusi Hava Məkanı Məlumat Dəst 195 ölkəni əhatə edir

2025/01/1737440228.jpg
Oxunub: 447     16:26     24 Yanvar 2025    
Son illərdə artan hava qəzaları hava məkanının təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirib.

Ordu.az xəbər verir ki, bu kritik ehtiyaca cavab vermək üçün “KEYVAN Havacılık” 195 ölkəni əhatə edən Xüsusi Hava Məkanı Məlumat Dəstini (Special Zone Visual Data) hazırlayıb.

Qadağan edilmiş, təhlükəli, məhdudlaşdırılmış və hərbi bölgələr kimi təsnifatları ehtiva edən bu məlumat dəsti mülki və hərbi əməliyyatlarda təhlükəsiz və səmərəli uçuşlar üçün ideal həll təklif edir.

Son vaxtlar baş verən təyyarə və helikopter qəzaları aviasiya təhlükəsizliyinin vacibliyini bir daha nümayiş etdirib.

Həm mülki, həm də hərbi əməliyyatlarda baş verən bu hadisələr sektorun daha təhlükəsiz uçuş marşrutlarına və risklərin idarə edilməsi üzrə effektiv həllərə ehtiyacını açıq şəkildə nümayiş etdirir.

KEYVAN tərəfindən hazırlanmış Məlumat Dəsti aviasiya sektorunun operatorlarına, planlaşdırıcılarına və analitiklərinə aktual və dəqiq məlumatla riskləri azaltmaq imkanı təklif edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KEYVAN   Aviasiya-sektoru  


Bizi "telegram"da izləyin