Braziliya yeni ZDV-sini sınaqdan keçirir

2025/01/1737440038.jpg
Oxunub: 402     14:52     24 Yanvar 2025    
Braziliya ordusu “Saicã” Atış Poliqonunda ilk “Centauro II” 8×8 Zirehli Döyüş Vasitələrinin (ZDV) atış sınaqlarını başa çatdırıb.

Ordu.az xəbər verir ki, Braziliya ordusu “Centauro” ZDV-sinin ilk atış sınaqlarını başa çatdırıb.

“Saicã” Atış Poliqonunda ilk dəfə həyata keçirilən atış sınaqlarında vasitənin atəş gücünü qiymətləndirmək üçün istismardan çıxarılan 1 ədəd “Urutu” 6×6 vasitəsində 120 mm-lik HEAT və APFSDS sursatından istifadə edilib.

Braziliyanın “Centauro II” ZDV tədarükü 1970-ci illərdə yerli istehsal edilən və hazırda müasir əməliyyat ehtiyacları üçün qeyri-adekvat olan EE-9 “Cascavel” 6×6 kəşfiyyat vasitələrinin köhnəlmiş parkını əvəz etmək məqsədi daşıyır.

90 mm-lik silahla təchiz edilmiş “Cascavel” köhnəlmiş hesab edilib və tələblərə cavab verməyib, bu da daha təkmil bir vasitənin alınmasını zəruri edib.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   ZDV  


Bizi "telegram"da izləyin