Tank əleyhinə minalar IKEA-da tapıldı: Polşalı general işdən çıxarıldı

2025/01/1737439874.jpg
Oxunub: 410     13:50     24 Yanvar 2025    
Polşa Müdafiə Nazirliyi tank əleyhinə minaların yoxa çıxmasına görə məsuliyyət daşıdığı iddia edilən yüksək rütbəli generalı vəzifəsindən azad edib.

Ordu.az xəbər verir ki, yoxa çıxan minaların daha sonra IKEA anbarında tapıldığı bildirilib.

2025-ci il yanvarın 9-da sosial mediada verilən açıqlamada Polşa Müdafiə Nazirliyi Dəstək Müfəttişliyinin rəisi general-mayor Artur Kempçinskinin müdafiə nazirinin qərarı ilə vəzifəsindən azad edildiyini açıqlayıb.


Kempçinskinin vəzifəsinə logistik dəstək sisteminin idarə edilməsi də daxil olmaqla, bir çox məsuliyyət daxil idi. Nazirlik işdən çıxarılma səbəbi ilə bağlı ətraflı məlumat verməyib.

Yerli media general-mayorun 2024-cü ilin iyulunda yoxa çıxan tank əleyhinə minaları rəhbərlərindən gizlətdiyi və yalnış tədarük hesabatları hazırladığı barədə iddialar irəli sürüb.

İddialara görə, 2024-cü ilin iyul ayında 1000 tondan çox partlayıcı qurğu daşıyan qatarın bir hissəsi boşaldılmayıb və 10 gün ərzində ölkədə minalar gəzməyə davam edib.

Polşa prokurorluğu ötən il başladılan təhqiqatın davam etdiyini bildirib, Polşa Müdafiə Nazirliyi yoxa çıxan minaların IKEA anbarında tapıldığını təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   IKEA  


Bizi "telegram"da izləyin