Ordu.az xəbər verir ki, döyüş meydanları ilə bağlı araşdırmaları ilə tanınan “Oryx” araşdırma qrupu Rusiyanın Ukrayna müharibəsindəki itkilərini araşdıran hesabat dərc edib.

Qrup 2023-cü ilin oktyabrında aktiv fəaliyyətini dayandırsa da, onun bəzi iştirakçıları Rusiyanın Ukraynaya müdaxiləsi zamanı avadanlıq itkilərini qeyd etməyə davam edirlər.
“Oryx”in hesablamaları yalnız açıq mənbələrdə tapıla bilən vizual olaraq təsdiqlənmiş itkilərə əsaslandığı üçün bildirilmiş itkilər ümumi qiymətləndirmə üçün minimum hədd hesab olunur.
Layihənin hesablamalarına görə, müdaxilə başlayandan 2025-ci il yanvarın 18-dək Rusiya ümumilikdə 20 004 texnika itirib.

Məlumata görə, onlardan 15 039-u məhv edilib, 842-nə isə ciddi ziyan dəyib. Bundan əlavə, 1115 vahid naməlum səbəblərdən döyüş meydanında tərk edilib, Ukrayna ordusu isə 3008 vahidi qənimət olaraq ələ keçirib.
Hesabata görə, zirehli döyüş vasitələrinin (tanklar, piyadaların döyüş maşınları, zirehli personal daşıyıcıları və MRAP-lar) itkisi 11 597 olub. Onlardan 8720-si məhv edilib, 367-si zədələnib, 975-i isə müxtəlif səbəblərdən tərk edilib.

Bundan əlavə, 437 yedəkdə daşınan artilleriya sistemi, 869 özüyeriyən artilleriya qurğusu və 451 yaylım atəşli reaktiv sistemi məhv edilib.
Sevinc Əliyeva
Ordu.az