“Atlantic Council”: Səudiyyə Ərəbistanı niyə Türkiyədən 100 ədəd “Kaan” almaq istəyir?

2025/01/1737362024.jpg
Oxunub: 711     11:09     24 Yanvar 2025    
Səudiyyə Ərəbistanı vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vizyon 2030 hədəflərinə uyğun olaraq müdafiə ehtiyaclarını və texnoloji imkanlarını artırmaq üçün 100 ədəd “Kaan” beşinci nəsil döyüş təyyarəsi almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Atlantic Council” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, bu addım Ər-Riyadın Qərbin hərbi təchizatından asılılığını azaltmaq və yerli müdafiə sənayesini inkişaf etdirmək hdəflərinə uyğundur.

“Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən inkişaf etdirilən “Kaan” döyüş təyyarəsi Türkiyənin köhnəlmiş F-16 parkını əvəz etmək üçün dizayn edilib. İlk uçuşunu 2024-cü ilin fevral ayında həyata keçirən təyyarə çoxfunksiyalı qabiliyyətləri, aşağı radara görünmə qabiliyyətini təmin edən stels dizaynı və gələcəkdə altıncı nəsil texnologiya ilə təkmilləşdirilə biləcək quruluşu ilə diqqət çəkir. “Kaan”ın 2028-ci ildə kütləvi istehsala keçməsi planlaşdırılır”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, Səudiyyə Ərəbistanının “Kaan”a marağı xüsusilə ABŞ-nin F-35 döyüş təyyarələrini almaq cəhdlərindən məyus olmasından irəli gəlir.

“ABŞ Konqresinin Yaxın Şərq ölkələrinə silah satışına tez-tez məhdudiyyətlər qoyması, İsrailin keyfiyyətcə hərbi üstünlüyünə üstünlük verməsi Ər-Riyadı alternativlər axtarmağa vadar edib”, - deyə nəşr əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistan   Türkiyə  


Bizi "telegram"da izləyin