Ordu.az xəbər verir ki, Türkiyə Sənaye və Texnologiya Nazirliyi Türkiyənin ilk astronavtı Alper Gezeravcının cümhuriyyətin quruluşunun 100 illiyi şərəfinə Milli Kosmos Proqramı çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndərilməsinin birinci ildönümü üçün çəkilən sənədli filmlə bağlı açıqlama verib.
Açıqlamada qeyd edilib ki, “Ufkun Ötesinde” adlı sənədli film Türkiyə Prezident Aparatı, Sənaye və Texnologiya Nazirliyi, TÜBİTAK və Türkiyə Kosmik Agentliyi (TUA) tərəfindən koordinasiya edilib.
Ümumilikdə 36 min insan arasından çətin fiziki və psixoloji testlərdən keçərək seçilən Gezeravcının ISS-də biologiya, tibb, materialşünaslıq və genetika kimi, geniş bir sahədə həyata keçirdiyi 13 fərqli təcrübə Türkiyənin ilk insanlı kosmos missiyası olaraq tarixə düşüb.
Çəkilən sənədli film bu tarixi dönüş nöqtəsini pərdəarxası proseslərlə ekrana daşıyacaq.
Sevinc Əliyeva
Ordu.az