Ordu.az xəbər verir ki, DAPA Kyonsan-Namdo əyalətinin Saçeon şəhərində yerləşən “Korea Aerospace Industries” (KAI) müəssisəsində Dəniz Piyadaları Korpusu üçün inkişaf etdirilən amfibiya hücum helikopteri prototipinin ilk uçuşunun uğurla tamamlandığını açıqlayıb.
Bu kontekstdə uçuş helikopterin inkişaf etdirilmə prosesində mühüm mərhələ olub.
Sözügedən helikopterin Cənubi Koreyanın yerli istehsal olan ümumi məqsədli KUH-1 “Marineon” helikopterinin bazası əsasında hazırlandığı və KAI “Surion” platforması əsasında istehsal edildiyi bildirilir.
“Defense Mirror”un məlumatına görə, inkişaf etdirmə prosesində KAI LAH helikopteri üçün hazırlanan avionik və silah sistemləri inteqrasiya edilərək, helikopterin amfibiya əməliyyat imkanlarının artrılması hədəflənib.
Sevinc Əliyeva
Ordu.az