Türkiyə hərbi qulluqçuları Kosovo Təhlükəsizlik Qüvvələrinin hərbi qulluqçularına snayper təlimi keçiblər

2025/01/1737354478.jpg
Oxunub: 463     19:02     21 Yanvar 2025    
NATO-nun Kosovo Sülh Qüvvələrində (KFOR) xidmət edən Türkiyə hərbi qulluqçuları Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) hərbi qulluqçularına snayper təlimi keçiblər.

Ordu.az xəbər verir ki, FSK-nin sosial media hesabında Türkiyə hərbi qulluqçularının kosovalı hərbi qulluqçulara verdiyi təlimlə bağlı paylaşım edilib.

Paylaşımda bildirilib ki, Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində FSK-nin əməliyyat qabiliyyətini artırmaq məqsədilə Türkiyə ordusunun təlimatçıları tərəfindən kosovalı hərbi qulluqçulara snayper təlimi keçiblər.

2009-cu ildə Kosovoda və sərhəddən kənarda böhranların idarə edilməsi əməliyyatlarını təmin etmək, mülki müdafiə əməliyyatlarında, təbii fəlakətlər və digər fövqəladə hallarda xidmət göstərmək üçün yaradılan FSK-nin silahlı qüvvəyə çevrilməsi prosesinə 2018-ci ildə hüquqi dəyişikliklərlə start verilib.

Prosesin 10 il çəkəcəyi gözlənilir.

1999-cu ildən KFOR tərkibində Kosovoda xidmət edən Türkiyə həbi qulluqçuları FSK-nin silahlı qüvvəyə çevrilməsi prosesinə müxtəlif töhfələr veriblər. FSK-nin hərbi inventarında çoxlu sayda Türkiyə istehsalı məhsullar var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   KFOR  


Bizi "telegram"da izləyin