ABŞ təlim təyyarəsi tədarükünü təxirə salır

2025/01/1737354166.jpg
Oxunub: 538     16:58     23 Yanvar 2025    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) T-7 “Red Hawk” təlim təyyarəsi üçün istehsal müqaviləsini təxirə salır.

Ordu.az xəbər verir ki, ABŞ HHQ T-7 “Red Hawk” təlim təyyarəsi üçün istehsal müqaviləsini növbəti dəfə təxirə salaraq, proqramın tədarük strategiyasını əsaslı şəkildə yenidən nəzərdən keçirir.

“Defense News”un məlumatına görə, ilkin olaraq 2025-ci maliyyə ilində “Boeing” ilə müqavilə imzalanması və bu il 7 təyyarənin alınması planlaşdırılırdı. Ancaq ABŞ HHQ və “Boeing” tərəfindən yenilənmiş plana əsasən, müqavilə 2026-cı ildə imzalanacaq.

ABŞ HHQ 2025-ci il araşdırma və inkişaf etdirmə fondundan istifadə edərək, 4 əlavə sınaq təyyarəsi alacaq və bunlar 2026-cı maliyyə ilində təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təlim  


Bizi "telegram"da izləyin