Ordu.az xəbər verir ki, Yunanıstan Hərbi Hava Qüvvələri ABŞ Dövlət Departamentinin Xarici Hərbi Satışları (FMS) vasitəsilə ümumilikdə 3,76 milyard dollar dəyərində 20 ədəd F-35A “Lightning II” döyüş təyyarəsi üçün təklif və qəbul məktubu (LOA) imzalayıb.
Bundan əlavə, müqavilə çərçivəsində əlavə 20 ədəd F-35 döyüş təyyarəsinin alınmasına qərar verilib.
Bu baxımdan Yunanıstan müxtəlif hava əməliyyatlarının həyata keçirildiyi Peloponnes bölgəsindəki mühüm hərbi baza olan “Andravida” aviabazasını F-35 təyyarələrinin ehtiyaclarını qarşılayacaq səviyyəyə çatdırmaq üçün işlərə başlayıb.
Yunanıstanın “Kathimerini” nəşrinin məlumatına görə, yanvarın 14-də Yunanıstan rəsmiləri “Andravida” aviabazasının modernləşdirilməsi prosesini və bu prosesdən sonra izlənəcək yol xəritəsini müəyyən etmək üçün Yunanıstanın paytaxtı Afinada ABŞ-nin “Lockheed Martin” rəsmiləri ilə görüşüblər.
Sevinc Əliyeva
Ordu.az