İran yeni yeraltı dəniz bazasını təqdim edib

2025/01/1737349549.jpg
Oxunub: 651     18:24     21 Yanvar 2025    
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) onlarla tunel, sığınacaq və raket katerləri üçün anbardan ibarət yeraltı dəniz bazasını təqdim edib.

Ordu.az xəbər verir ki, İran dövlət televiziyası yanvarın 18-də İran körfəzində açıqlanmayan yerdə yeraltı hərbi dəniz bazası açıldığını açıqlayıb.

Raket bazasının açılışı ABŞ və İsraillə gərginliyin artacağı gözlənilən vaxta təsadüf edib.

“Reuters”in məlumatına görə, İran rəsmilərinin Trampın İsrailin Baş naziri Benyamin Netanyahuya İranın nüvə obyektlərinə zərbə endirmək səlahiyyəti verməsindən və ABŞ-nin “maksimum təzyiq” siyasəti ilə İranın neft sənayesinə qarşı sanksiyalarını sərtləşdirməsindən narahat olduqları bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   SEPAH  


Bizi "telegram"da izləyin