Ordu.az xəbər verir ki, xüsusilə “Tolun” sursatları ilə uğurlu atışlar Türkiyənin bölgədəki müdafiə texnologiyalarında lider mövqeyini bir daha ortaya qoyub.
TUSAŞ tərəfindən inkişaf etdirilən “Anka III” zərbə PUA-sı əməliyyat imkanlarını bir pillə irəli aparıb.
“Anka III” ASELSAN tərəfindən inkişaf etdirilən “Tolun” idarəolunan döyüş sursatlarını gövdədəki bölməsindən uğurla atıb və bu, müasir müharibə konsepsiyasında yeni bir dövrə işarə edib.
Bolqarıstan mediası Türkiyənin yerli müdafiə sənayesindəki uğurunu vurğulayaraq, “Anka III”ü “Türkiyənin mühəndislik və dizayn gücünün ən son nümunəsi” kimi xarakterizə edib.
Həyata keçirilən sınaqda “Anka III” “Tolun” sursatını 20.000 fut yüksəklikdə və 180 düyün sürətlə buraxıb.
Sevinc Əliyeva
Ordu.az