Braziliyada yerləşən “Embraer” Uruqvayın variantları möhkəm sifarişlərə çevirərək, daha 5 ədəd A-29 “Super Tucano” yüngül hücum təyyarəsi satın alacağını açıqlayıb.
Ordu.az xəbər verir ki, “Embraer” tərəfindən paylaşılan məlumatda Uruqvayın əlavə A-29 “Super Tucano” yüngül hücum təyyarəsi alacağı bildirilib.
Bu çərçivədə 2024-cü ilin avqustunda hər iki tərəf arasında imzalanan müqaviləyə daxil olan 5 variantlı təyyarə beləliklə möhkəm sifarişə çevrilib.
Müqavilə ilə Uruqvaya missiya avadanlığı, inteqrasiya olunmuş logistik xidmətlər və uçuş simulyatoru tədarük ediləcək.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Uruqvay
Super-Tucano