“Anduril” Ohayoda yeni silah fabriki açacaq

2025/01/1737179199.jpg
Oxunub: 419     13:55     23 Yanvar 2025    
“Anduril Industries” pilotsuz uçuş aparatları kimi avtonom sistemlər üçün istehsal gücünü artırmağı hədəfləyən yeni və genişmiqyaslı silah istehsalı müəssisəsinə ev sahibliyi etmək məqsədilə ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərini seçib.

Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defense” nəşri məlumat yayıb.

“Arsenal-1” adlandırılan obyekt “Rickenbacker” aerodromunun yanında yerləşən mövcud strukturun təhvil alınması ilə başlayacaq.

“Anduril” 700.000 kvadratmetrlik obyekti 5 milyon kvadratmetrə qədər genişləndirmək planları da daxil olmaqla, fabriki canlandırmaq üçün ümumilikdə 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anduril   Ohayo  


Bizi "telegram"da izləyin