Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri məlumat yayıb.
“Japan Forum for Strategic Studies”in baş elmi işçisi Qrant Nyuşem “Defense News”a verdiyi açıqlamada deyib ki, ABŞ-dən onilliklər ərzində patoloji asılılıq Yaponiya ordusunu əksər hallarda effektiv və ya təsirli fəaliyyət göstərə bilməyən bir qüvvəyə çevirib.
Bu vəziyyət Yaponiyanın görünməmiş xarici təhlükələri hiss etdiyi bir vaxta təsadüf edir.
Hökumət tərəfindən hər il nəşr olunan Yaponiyanın Müdafiəsi Ağ Kitabının 2024-cü il versiyasında deyilir ki, Yaponiya İkinci Dünya müharibəsinin bitməsindən etibarən özünün ən ciddi və mürəkkəb təhlükəsizlik mühiti ilə üzləşir.
Yaponiya Çinin cənub-qərb arxipelaqına müdaxiləsindən narahatdır, Rusiya və Şimali Koreyanın raket və nüvə proqramlarını ciddi risklər kimi qəbul edir.
Sevinc Əliyeva
Ordu.az