Ordu.az xəbər verir ki, müqavilə 2024-cü ilin aprelində ABŞ Konqresinin təsdiq etdiyi 8,7 milyard dollarlıq ABŞ yardım paketi çərçivəsində imzalanmış ilk müqavilədir.
Müqavilə İsrail Raketdən Müdafiə Təşkilatının (IMDO) ABŞ-nin Raketdən Müdafiə Agentliyi (MDA), “Rafael” və müxtəlif IMOD departamentləri ilə birgə apardığı danışıqlar nəticəsində imzalanıb.
Bu razılaşma “Rafael”ə imkan verəcək ki, İsrailin hava və raketdən müdafiə imkanlarını artırmaq üçün IMOD və IDF-yə əhəmiyyətli sayda “Dəmir Günbəz” bloklama raketləri təqdim etsin.
İsraildə ABŞ ilə ortaq şəkildə inkişaf etdirilən “Dəmir Günbəz” sistemi qısa və orta mənzilli raketləri, pilotsuz uçuş aparatlarını bloklamaq üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az