Yunanıstan mətbuatı: PUA texnologiyasında Türkiyə niyə üstündür, bunun arxasında kim dayanır?

2025/01/1737177799.jpg
Oxunub: 477     13:01     23 Yanvar 2025    
Yunanıstanda yerləşən “Enoplos” müdafiə saytı Türkiyənin Pilotsuz Uçuş Aparatı (PUA) və zərbə PUA-sı texnologiyasındakı uğurunun ətraflı təhlilini aparıb.

Ordu.az xəbər verir ki, analizdə Türkiyənin bu sahədə sürətli yüksəlişi və bunun regional təsiri qiymətləndirilir.

Analizdə strateji dövlət investisiyalarının və özəl sektor innovasiyalarının Türkiyənin PUA texnologiyasında qlobal liderə çevrilməsinin təsiri vurğulanır.

“Baykar Makina” və Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) kimi şirkətlərin, həmçinin ASELSAN və ROKETSAN kimi müdafiə nəhənglərinin dəstəklədiyi bu proses Türkiyəni PUA istehsalında önə çıxarıb”, - deyə nəşr bildirib.

Analizdə “Bayraktar TB2” və “Akıncı” kimi dünyaca məşhur PUA-ların “Baykar”ın beynəlxalq səviyyədə şöhrət qazanmasında böyük rol oynadığı qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   PUA   Türkiyə  


Bizi "telegram"da izləyin