Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, əvvəlcə Paşinyan MDB-nin dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində koronavirusa görə iştirak etməyib, sonra Ermənistan və Belarus liderləri AİB sammiti zamanı mübahisə ediblər.
“Buna səbəb Nikol Paşinyanın Ermənistan nümayəndə heyətinin gələn ilin mayında Minskdə keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının sessiyasında distant variantla iştirak edəcəyini açıqlaması olub. Avropa İttifaqına üzvlük prosesinin başlanmasını təsdiqləyən hökumət hazırda AİB-dən çıxmaqla bağlı gündəmin olmadığını bildirir, lakin təsərrüfat subyektləri və iş adamları təşviş içərisindədirlər. Məsələ ondadır ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakopyanın sözlərinə görə, 2024-cü ildə AİB-in gömrük büdcəsinə 76,2 milyard dram daxil olub. Bu, 2023-cü illə müqayisədə 1,2% artıb. Ehtimal etmək olar ki, AİB-dən çıxmaq tezisləri dövlət büdcəsində vergilərin artırılması ilə yanaşı, AİB-də artıq heç bir maliyyə sərmayəsi qoymamaq məqsədi daşıyır? Qeyd etmək lazımdır ki, əsassız xərclənən milyardlar Ermənistanın dövlət büdcəsinin 609 milyard kəsirinə hava və su kimi lazımdır. İndi də hökumət pula qənaət proqramlarını həyata keçirməmək barədə düşünür. Yeri gəlmişkən, kəsirin 609 milyard dramdan çox olacağı da istisna edilmir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az