Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin ehtiyac duyduğu ixtisaslı kadrların hazırlanması, işçilərin sertifikatlaşdırılması və təyin olunmuş məktəbləri bitirən tələbələrin işlə təmin olunması üçün Milli Müdafiə Nazirliyi ilə Milli Təhsil Nazirliyi arasında 2023-cü ildə əməkdaşlıq protokolu imzalanıb.
İmzalanan protokolla tələbələrin təlim keçmək imkanı əldə etdikləri fabriklərdən biri də MSB AFGM-ə tabe 5-ci Əsas Təmir Zavodu Müdirliyidir.
Tələbələr təhsil aldıqları müddətdə minimum əmək haqqının 30 faizi həcmində təqaüd alırlar və təhsil proqramlarını başa vurduqları zaman ixtisaslı şəxs kimi məzun olurlar.
Sevinc Əliyeva
Ordu.az