Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün MSK binasında keçirdiyi mətbuat konfransında 2024-cü ilin ixrac rəqəmləri və 2025-ci il hədəfləri ilə bağlı mühüm açıqlamalar verib.
Görgün çıxışında yerli mühərrik istehsalının kritik bir prioritet olduğunu vurğulayıb və hər platforma üçün yerli mühərrik istehsalına üstünlük verdiklərini bildirib.
Bu kontekstdə o, Türkiyə MSK-nin mühərrik və platforma istehsalçılarının sıx əməkdaşlıq içində işləməsini təmin etmək üçün nəzarət və dəstək mexanizmləri qurduğunu ifadə edib.
Görgün Türkiyənin yerli mühərrik layihələri ilə bağlı təfərrüatları paylaşıb. O bildirib ki, 400 at gücünə malik “Tuna” mühərriki, 600 at gücünə malik “Azra” mühərriki və 1000 at gücünə malik “Utku” mühərriki inkişaf etdirilir.
Bundan əlavə, Görgün “Altay” tankı üçün inkişaf etdirilən “Batu” mühərrikinin sakit və əmin addımlarla irəlilədiyini, dəniz platformalarında istifadə olunacaq “Mavi Batu” mühərrikinin də “Batu” mühərrikindən əldə edilən təcrübə ilə inkişaf etdirildiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az