ABŞ Litvaya 50 ədəd JLTV zirehli vasitəsi təhvil verib

2025/01/1737095090.jpg
Oxunub: 449     13:24     22 Yanvar 2025    
Litvaya ABŞ istehsalı olan 50 ədəd JLTV zirehli vasitəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təhvil verilən vasitələr belə məhsulların satın alınması üçün ABŞ ilə imzalanan ikinci müqavilə əsasında təhvil verilən üçüncü JLTV partiyası olub.

Müdafiə Nazirliyi qeyd edib ki, Litva ordusunun əməliyyat ehtiyaclarını qarşılamaq üçün dünyanın ən müasir zirehli vasitələrindən birinin alınmasına başlanılıb.

İkinci müqavilə üzrə qalan JLTV zirehli vasitələri 2025-ci ildə təhvil verildikdən sonra Litva ordusu ümumilikdə 500 ədəd belə vasitəyə sahib olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Litva  


Bizi "telegram"da izləyin